XİDMƏT AVTOMOBİLLƏRİNƏ NƏZARƏT VƏ İZLƏMƏ SİSTEMİ
Xidmət Avtomobillərinə Nəzarət və İzləmə Sistemi xidmətləri qəbul və təklif edən bütün şirkətlər üçün Arvento tərəfindən işlənib hazırlanan təkmilləşmiş (qabaqcıl) texnologiya sistemidir. Xidmət avtomobillərində quraşdırılmış Arvento mobil məlumat qurğuları və GPS peykləri əlaqəli şəxs və bölmələr tərəfindən xidmət saatı ərzində bütün nəqliyyat vasitələrinin hərəkətini izləmək və nəzarət etmək üçün zəruri məlumatı təqdim edir. Təyin edilmiş bütün heyət internetə qoşulduqda xidmət avtomobillərini izləyə və yoxlaya bilər.

İnternet vasitəsilə Real Zaman Ərzində İzləmə
Bu sistem vasitəsilə, məsələn avtomobillərin çıxış vaxtları, sərnişinlərin götürülmə vaxtları və yerləşdiyi ərazi, iş-məktəb-evə gəlmə vaxtları, dayanacaq yerləri və müddəti haqqında məlumata dərhal baxmaq olar.
Sistemin qeydiyyatlı istifadəçiləri vektor, həmçinin peyk xəritələri vasitəsilə ətraflı şəkildə xidmət avtomobillərini izləyə bilərlər. Məsələn, xidmət avtomobillərində səyahət edən tələbələrin valideynləri onlara verilmiş paroldan istifadə etməklə internetdə uşaqlarının avtomobilini izləyə bilər.

Sürət Limitinə Bilavasitə Nəzarət
Nəqliyyat vasitəsi əvvəlcədən təqdim edilmiş sürət limitini keçdikdə, sistem avtomatik olaraq əlaqədar şəxslərə və xidmət şirkətlərinə təhlükə siqnalı göndərir. Bu yolla, sürücü dərhal məlumatlandırılır.
Beləliklə, ən qısa və daha dəqiq yol seçmək imkanını verməklə, xidmət nəqliyyat vasitələrinin marşrutları sistemə təqdim edilə bilər.
Zəruri olduqda, nəqliyyat vasitəsi çatdığı zaman çöldə olmaq imkanını yaratmaqla və uzunmüddətli gözləmənin qarşısını almaqla, nəqliyyat vasitəsi yaxınlaşan zaman sistem sərnişinin evinə SMS məktubu göndərir.

Təhlükəsiz və  Səmərəli Nəqliyyat Xidməti
İnsan həyatı təhlükəsizliyini təmin etməklə yanaşı, Sistem xidməti həm təchiz, həm də qəbul edən şirkətləri xidmət şirkətlərinin fəaliyyətinin və avtomobilin millərlə hərəkəti haqqında məlumatın qiymətləndirilməsi ilə bağlı zəruri məlumatla təmin edir.

Bu sistemdən kim istifadə edə bilər?
Bütün məktəb, özəl və dövlət müəssisələri və xidmət şirkətlərinin özləri sistemdən istifadə edə bilər.