TƏHLÜKƏSİZ YOL HƏRƏKƏTİNƏ NƏZARƏT SİSTEMİ

Təhlükəsiz yol hərəkətinə nəzarət sistemi təhlükəsiz yol hərəkətinin əsas olduğu səmərəli əməliyyatın idarə olunması həllərini təqdim edir. Avtoparklarını idarə etmək istəyən şirkətlər sistem sayəsində vahid mərkəzdən onlayn əməliyyat idarəetməsini həyata keçirə bilər.

• Nəqliyyat vasitələri ilə müşayiət edilən sürət limitləri, sürücü haqqında məlumat, yollar və rayonlar sistem tərəfindən müəyyən edilir. Gündəlik avtomobil təmiri və nəzarət sxemləri istifadəçilər tərəfindən  işlənib hazırlanır. Beləliklə, bütün əməliyyat bölmələri nəzarət edilərək idarə olunur.

• Məsələn əsas yollar, şəhər və şəhərdən kənar yollarda, müxtəlif formalarda olan sürət limitləri sistem tərəfindən müəyyən edilə bilər. Sürücü müəyyən edilmiş sürət limitini keçdikdə, nəqliyyat vasitəsi daxilində yerləşdirilmiş xüsusi  aparat təminatı sayəsində səsli xəbərdarlıq sistemi nəqliyyat vasitəsi daxilində işləməyə başlayır.  Sürət müəyyən edilmiş limitdən aşağı düşənədək səsli xəbərdarlıq işləməyə davam edir.

• Sistemdə hər bir sürücü üçün xüsusi “sürücü vəsiqəsi” vardır. Vəsiqə sürücünün cavabdeh olduğu nəqliyyat vasitəsinin datçikində yerləşdirilməlidir. Bu proses icra olunmadığı təqdirdə, sistem sürücünü xəbərdar etmək üçün səsli xəbərdarlıq sistemini işə salır.

• Sürücü nəqliyyat vasitəsini sistemdə müəyyən edilmiş ərazidən və zaman müddətindən kənarda sürdükdə, rəhbərlər həmin məsələ barədə xəbərdarlıq məktubu ilə məlumatlandırılır.

• Şirkət daxilində sürücülük və nəqliyyat təlimlərini başa vurmuş və sertifikat almış sürücülər nəqliyyat vasitələrini sürə bilərlər. Hər hansı nəqliyyat vasitəsi bu təlim müddətini bitirməmiş sürücü tərəfindən idarə edildiyi təqdirdə, sistem tərəfindən rəhbərlərə xəbərdarlıq göndərilir.

• Sürücü haqqında ətraflı məlumat,  yol qaydaları pozuntuları,  gündəlik avtomobil təmiri və nəzarət cədvəlləri hazırda və əvvəlcədən tərtib edilə bilər. Bu məlumat avtomatik olaraq elektron məktub vasitəsilə rəhbər və sürücülərə göndərilir.


Təhlükəsiz yol hərəkətinə nəzarət sistemi küçədə avtopark üçün səmərəli əməliyyatın idarə edilməsi həllərini təqdim edir. Sistem benzin, vaxt və əməyə qənaət edir və digər tərəfdən təhlükəsiz sürücülük üsulları ilə birlikdə nəqliyyat və insan həyatı təhlükəsizliyi ilə bağlı zəruri vaxt idarəetməsini həyata keçirir.
“Sağlam düşüncəli sürücülər, təhlükəsiz yol hərəkəti, gəlirli əməliyyat idarə etməsi”.

Sistemə görə bədbəxt hadisə baş verdikdə, bədbəxt hadisənin son 1 dəqiqəsi ərzində sürət və vaxt qrafiki haqqında məlumat verilə bilər.

Nəqliyyat vasitələrinin sığortası, avtomobil sığortalarının bitmə tarixləri, yoxlama tarixləri və s. haqqında məlumat hər bir nəqliyyat vasitəsi üzrə və bildiriş vasitələri ilə əvvəlcədən səciyyəvi müddət ərzində daxil edilir.
Öz interfeyslərinə görə müştərilər avtoparklarını tam və səmərəli şəkildə idarə edə bilərlər və onlar unutqanlıq və ya mümkün laqeydlik üzündən meydana çıxan zəruri olmayan xərclərdən sığortalanıblar.