İCTİMAİ AVTOBUSLAR

İctimai avtobus və yerli ictimai nəqliyyat vasitələrinin idarə olunması
Arvento tərəfindən işlənib hazırlanan sistemə görə; ictimai nəqliyyat vasitələrinin gündəlik hərəkəti, məntəqələrə giriş-çıxış vaxtları internet vasitəsilə izlənilir və idarə olunur. Sistem ictimai nəqliyyat xidmətinin keyfiyyətini artırır və yerli tıxac gərginliyini azaldır.

Sistem necə işləyir?

• Yerli miqyasda işləyən nəqliyyat vasitələrinin sayı, bu nəqliyyat vasitələrinin marşrutları, marşrut boyunca dayanacaqların sayı, məntəqələrə giriş-çıxış vaxtları, gündəlik icra edilmiş dövrələrin sayı sistem tərəfindən müəyyənləşdirilir. Həmin müəyyən edilmiş məlumatdan başqa; istifadəçiyə təyin edilmiş vaxt və nəqliyyat vasitəsinin ardıcıllıq sxemləri tərtib edilir. Bu məlumata görə, nəqliyyat vasitəsinin bütün hərəkəti onlayn izlənə bilər.

• Hər bir nəqliyyat vasitəsinin məntəqəyə giriş-çıxış və ləngimə vaxtları haqqında hər gün məlumat verilir. Tələb olunduğu təqdirdə, hər günün sonunda bütün nəqliyyat vasitələri daxil olmaqla, yekun hesabat qəbul edilir. Bu hesabatlara əsasən, müəyyən edilmiş proqramlara tabe olmayan nəqliyyat vasitələri asanlıqla təyin edilə, zəruri dəyişiklik və düzəlişlər edilə bilər.
İctimai avtobuslar və yerli ictimai nəqliyyat vasitələrinin idarəetmə sistemi səmərəli və faydalı xidmət təqdim edir.