İSTİLİYƏ NƏZARƏT

Temperatura Nəzarət və Yoxlama Sistemi

“Temperatura Nəzarət və Yoxlama Sistemi” Arvento tərəfindən temperatura nəzarət və idarə  olunmasının zəruri olduğu bütün sektorlar üçün işlənib hazırlanmışdır. Sistem sayəsində,  şirkətlər soyuducu nəqliyyat vasitələrinin, soyuducu anbarlar  və istehsal qurğularının temperatur kəmiyyətini internet vasitəsilə dərhal yoxlaya bilərlər. Sistem şirkətlərə vahid mərkəzdən bütün işlərini idarə etmək imkanını verir.  

İnternet vasitəsilə Temperatur Kəmiyyətinin Yoxlanılması

Soyuducu nəqliyyat vasitələri, soyuducu anbarlar və istehsal qurğularında yerləşdirilmiş Arvento cihazlarına qoşulan istilik datçiklərinin köməyi ilə həmin ərazilərdəki temperatur səviyyələrini internet vasitəsilə dərhal izləmək olar.

Cari və Retrospektiv Hesabat
Potensial kritik temperatur dəyişiklikləri həm proqram, həm də SMS vasitəsilə həyəcan siqnalı məktubu formasında sistemdə qeyd edilən əlaqəli şəxsə dərhal göndərilir. Proqramın bu xüsusiyyəti təsadüfi və kritik temperatur dəyişmələri nəticəsində meydana çıxan problemlər üçün zəruri ehtiyat tədbirlərinin görülməsini təmin edir.
Bu məlumat cari və retrospektiv hesabatlar şəklində qəbul edilir.

İşin məhsuldarlığı haqqında real məlumatı gündəlik və aylıq hesabat vasitəsilə, nəqliyyat vasitəsi, anbar və istehsal qurğularının iş sistemi ilə bağlı ətraflı statistik məlumatı yoxlamaqla əldə etmək olar.  

Vahid Mərkəzdən Əməliyyatların İdarə Olunması
Sistem soyuducu nəqliyyat vasitələrinin müəyyən edilmiş təchizat marşrutlarını izləyib-izləmədiyini, ünvana vaxtında çatıb-çatmadığını, hər bir nəqliyyat vasitəsinin sürücüsü, sistemdə müəyyən edilmiş sürət limitlərinə tabe olub-olmadığı, gözləmə müddəti və ərazisi, həmçinin temperatur kəmiyyətlərinin yoxlanılması haqqında əməliyyat məlumatının toplanmasına imkan yaradır.

Bu sistemdən kim istifadə edə bilər?
Sistem temperatura nəzarət və idarə edilməsinin zəruri olduğu bütün sektorlar üçün müvafiqdir. Xüsusilə dondurma, süd, quşçuluq məhsulları, yumurta, ev yeyinti məhsulları və s. istehsal edən və paylayan şirkətlər “Temperatura Nəzarət və Yoxlama Sistemin” dən istifadə edə bilər.