AVTONƏQLİYYAT PARKLARININ VAXTAŞIRI TƏMİRİ VƏ XİDMƏT GÖSTƏRİLMƏSİ ÜZRƏ İZLƏMƏ SİSTEMİ

Avtonəqliyyat parklarının vaxtaşırı təmiri və xidmət göstərilməsi üzrə izləmə sistemi boş sahədə avtonəqliyyat parkı icarəyə götürmüş şirkətlərin nəqliyyat vasitələrini izləmək və nəzarət etmək imkanı ilə təmin edir. Sistemə görə, nəqliyyat vasitələrinin vaxtaşırı təmiri və xidmət göstərilməsi prosesləri nəzarət altında saxlanılır və qeyd edilir, unutqanlıq və ya laqeydlik üzündən meydana çıxan  artıq xərclər aradan qaldırılır. Şirkətlər bu sistem vasitəsilə öz avtoparklarını səmərəli şəkildə və tamamilə idarə edə bilərlər.

•    Kirayəyə götürülmüş nəqliyyat vasitələri haqqında bütün məlumat sistemdə qeyd edilir. Bununla nəqliyyat vasitələrinin vaxtaşırı təmiri və xidmət göstərilməsi prosesləri nəzarət altında saxlanılır və onlar tamamilə qeydə alınır. Nəqliyyat vasitəsinin km. göstəricisindən əldə edilən məlumat vasitəsilə nəqliyyat vasitələrinin təmir vaxtları avtomatik olaraq xatırladılır.

•    Nəqliyyat vasitəsindən pis istifadə statistikası, məsələn təkərləri sürüşdürmə, ani sürət artımı, azaltma və s. haqqında hesabat aparılır və xidmət zamanı icra edilən bütün proseslərin və bütün əvəz edilmiş hissələrin hesabatı xərci ilə birlikdə məruzə edilir.

•    Nəqliyyat vasitəsinin sığortası haqqında məlumat və nəqliyyat vasitəsi sığortasının bitmə tarixləri də sistemdə qeyd edilir. Sistem avtomatik olaraq sığortanın bitmə tarixindən əvvəl istifadəçilərə xatırlatma məktubu göndərir.

Avtonəqliyyat parklarının vaxtaşırı təmiri və xidmət göstərilməsi üzrə  izləmə sistemi ilə birlikdə, şirkətlər avtonəqliyyat parklarını idarə və qeyd etməklə onları onlayn şəkildə vahid mərkəzdən idarə edir. Sistemə görə, nəqliyyat vasitəsinə çəkilən xərclərə, yanacaq, vaxt və əməyə qənaət edilməsi üzrə  əhəmiyyətli dərəcədə azalmalar nəzərdə tutulur.