THURAYA SG-2520

Thuraya SG-2520


Haqqında

İntelektual 3-ü 1-də Thuraya SG-2520 telefonu, Peyk, üç-kanallı GSM və GPS funksiyası ilə inteqrasiya olunmuş, yer üzərində adi telekommunikasiya sistemləri ilə çalışan telefonların verdiyi mobil xidməti tam təmin edə bilir. GSM rejimində, GSM sahələrinin bütün tezliklərində, yəni 900, 1800 və ya 1900 MHz tezliyində, siz həm zeng edib, həm də zəngləri qəbul edə bilərsiniz. Əgər GSM əhatə dairəsindən kənara çıxmısınızsa, Thuraya-nın əhatə dairəsinə daxil olan Asiya, Afrika, Yaxın Şərq və Avropanın 140 ölkəsində hər hansı bir istiqamətə həm zəng etmək, həmdə zəngləri qəbul etmək imkanınız var.

Bluetooth ilə təchiz olunmuş ilk peyk telefonu olan Thuraya SG-2520- nin bir çox əməliyyatları yerinə yetirmək imkanı verir.

Thuraya SG-2520 peyk telefonunda olan GPS sistemi naviqasiya şəxsi təhlükəsizlik, etibarlı və dəqiq qlobal kordinatları təyin etmək üçün güclü bir vasitədir.

Xassələr

Üç-kanallı GSM
Cüt rejimli peyk və GSM funksiyalı Thuraya SG-2520 telefonu, GSM provayderlərin şəbəkələri üzərində rahat hərəkət etməyə imkan verir. Telefonunuzda seçilmiş GSM rejimi ilə Thuraya SİM kartı istifadə edərək, tərəfdaş olan GSM operatorla dünyanın 140 ölkəsi arasında 270-dən çox provayderlər vasitəsi ilə zəng edə bilərsiniz. Bundan əlavə öz GSM operatorunuzun SİM kartını Thuraya telefonunuzda istifadə edərək, öz nömrəniz və operatorunuz vasitəsilə zəng etmək və zəngləri qəbul etmək imkanı əldə edə bilərsiniz.

GPS naviqasiya
Thuraya SO-2520 öz GPS naviqasiya funksiyası ilə tez və təhlükəsiz yol tapmaq imkanı yaradır.

Bluetooth
Thuraya SG-2520, Bluetooth funksiyası ilə təmin olunmuş ilk peyk mobil telefonudur.

Dillər
Thuraya SG-2520 telefonu, 12 dili dəstəkləyir, o cümlədən: Ərəb, İngilis, Fars, Fransız, Alman, Hind, İtalyan, Portuqal, Rus, İspan, Türk və Urdu dillərini.

Proqram təminatı platforması
Thuraya SG-2520 telefonu, Java (J2ME) platforma əsasında işləyən bir sıra proqram təminatlarını dəstəkləyir

Mobil Peyk Interneti
Thuraya SG-2520, məlumatı qəbul edib və göndərmək sürəti 60/15 kbps olaraq, GmPRS-ilə təchiz olunmuş İnternetə rahat çıxışı təmin etmək üçün micro-brauzeri ilə təqdim edilir.

Aksesuarlar

Car Charger Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu
Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu avtomobil hərəkətdə olan zaman Thuraya SG-2520 telefonunun batareyasının dolmasını təmin edir. Bu hərəkət zamanı Thuraya SG-2520 telefonunun fasiləsiz işləməsini təmin edir. Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu, sadəcə avtomobilin standart elektrik cihazları taxılan hissəsinə və ya siqaret alışqanı taxıldığı yerə keçirilir.
Travel Charger Səyahət üçün enerji ehtiyyatı toplayan qurğu
Thuraya SG-2520 üçün nəzərdə tutulmuş səyahətdə enerji ehtiyyatı toplayan qurğu, AB / Böyük Britaniya / Çin standartlarına uyğun olan elektrikə taxılan sadə bir cihazdır. Thuraya SG-2520 telefonunu, enerji ehtiyyatı toplamaq üçün fərq etməz gözləmə, zəng zamanı və ya sönülü vəziyyətdə elektrik enerjisinə taxmaq olar. Thuraya SG-2520 telefonunun batareyasının tam boşalma müddəti təxminən 2 saat 25 dəqiqədir. Müxtəlif standartlara uyğun olan enerji ehtiyyatı toplayan cihaz , dünyanın hər bir yerində Thuraya telefonunu doldurmağa imkan verir.
Ehtiyat batareyası
Ehtiyat batareyası Thuraya SG-2520 telefonu üçün əlavə olaraq ucqar ərazilərdə ehtiyyat üçün istifadə edilə bilər. Ehtiyat batareyası, Thuraya SG-2520 telefonunun hər zaman istifadə üçün hazır olmasını təmin edir.
Heavy Duty Battery Ağır Batareya
Thuraya SG-2520 telefonunun daha uzun müddətə istifadəsi üçün nəzərdə tutulmuş cihazdır.
thuraya-usb-data-cable USB məlumat kabeli
USB məlumat kabeli, Thuraya telefonunu çox rahat şəkildə kompüterə bağlamaq üçün nəzərdə tutulub, onun vasitəsi ilə asan şəkildə məlumat və faks ötürüb, qəbul etmək, proqram təminatını yeniləmək və sairə kimi funksiaları yerinə yetirmək olar.
FDU-3500 Thuraya FDU-3500
Qapalı mühitlərdə Thuraya peyk telefonunun istifadəsi mümükün olan ev/ofis adaptorudur,bu adaptor eyni zamanda SO-2510 və SQ-2520 modelləri üçün də nəzərdə tutulub və onların dizaynını tamamlayır. Sadəcə telefonunuza taxın və səs, faks, data, GPS və GPRS kimi xidmətlərdən, xarici antenna üçün nəzərdə tutulmuş 25 metr kabel bağlantısı vasitəsilə istifadə edin. Telefon batareyası bu zaman elektrik ehtiyyatı yığmağa başlayır.
Repeater Thuraya Tək-Təkrarlayıcı
Thuraya Tək-Təkrarlayıcı sizə qapalı mühitlərdə ixtiyarı Thuraya peyk telefonundan istifadə etmək imkanı yaradan bir cihazdır. Bu cihaz maksimum siqnal gücünü təmin etmək üçün istifadə oluna bilər və xarici antena vasitəsi ilə 100 kvadrat metrə qədər ərazini əhatə edir. Quraşdırılması asan və rahat olan bu cihaz 60/15 kbps sürət ilə səs, data / faks, SMS və GPRS texnologiyalarını dəstəkləyir.
Thuraya Çox-Təkrarlayıcı
Thuraya Çox-Təkrarlayıcı cihazı eyni zamanda 10-na qədər sinxron zəngi və ya məlumat sessiyalarını emal edərək, idarə və maksimum siqnal gücü ilə təmin edir və xarici antena vasitəsi ilə 500 kvadrat metrə qədər ərazini əhatə edir. Quraşdırılması asan və rahat olan bu cihaz 60/15 kbps sürət ilə səs, data / faks, SMS və GPRS texnologiyalarını dəstəkləyir.

<< geriyə