THURAYA SO-2510

Thuraya SO-2510

Haqqında

Thuraya SO-2510, ümumi rahatlığı və mobilliyi təmin edən güclü və kompakt telefondur və 130 qr çəkisi var. Thuraya SO-2510 mövcud olan ən kiçik və yüngül peyk telefonudur.

Kompakt olmasına baxmayaraq, Thuraya SO-2510 həmdə cox güclü telefondur. Thuraya telefonunun əhatə dairəsi Asiya, Avstraliya, Afrika, Yaxın Şərq və Avropanın 140-dan çox ölkənisi rahatlıqla, keyfiyyətli rabitə ilə təmin edir.

Xassələr

Səs və məlumat
Thuraya SO-2510 sizə, səsli zənglərin gəlməsi,sms, faks və məlumat göndərmək və ya qəbul etmək imkanı verir. Thuraya SO-2510, GPRS vasitəsi ilə sizə e-poçt yollamaq və qəbul etmək və həmçinin veb ilə işləmək imkanı verir. Siz laptop istifadə edərək, İnternetə 60/15 kbps sürətilə bağlana bilərsiniz. Faks və verilənlərin ötürülmə sürəti 9.6 kbps olunur.

GPS naviqasiya
Thuraya SO-2510 öz GPS naviqasiya funksiyası ilə tez və təhlükəsiz yol tapmaq imkanı yaradır.

Dillər
Thuraya SO-2510 12 dili dəstəkləyir, o cümlədən: Ərəb, İngilis, Fars, Fransız, Alman, Hind, İtalyan, Portuqal, Rus, İspan, Türk və Urdu dillərini.

Aksesuarlar

Car Charger Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu
Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu avtomobil hərəkətdə olan zaman Thuraya SG-2510 telefonunun batareyasının dolmasını təmin edir. Bu hərəkət zamanı Thuraya SG-2510 telefonunun fasiləsiz işləməsini təmin edir. Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu, sadəcə avtomobilin standart elektrik cihazları taxılan hissəsinə və ya siqaret alışqanı taxıldığı yerə keçirilir.
Travel Charger Səyahət üçün enerji ehtiyyatı toplayan qurğu
Thuraya SG-2510 üçün nəzərdə tutulmuş səyahətdə enerji ehtiyyatı toplayan qurğu, ABŞ / Böyük Britaniya / Çin standartlarına uyğun olan elektrikə taxılan sadə bir cihazdır. Thuraya SG-2510 telefonunu, enerji ehtiyyatı toplamaq üçün fərq etməz gözləmə, zəng zamanı və ya sönülü vəziyyətdə elektrik enerjisinə taxmaq olar. Thuraya SG-2510 telefonunun batareyasının tam boşalma müddəti təxminən 2 saat 25 dəqiqədir. Müxtəlif standartlara uyğun olan enerji ehtiyyatı toplayan cihaz , dünyanın hər bir yerində Thuraya telefonunu doldurmağa imkan verir.
Ehtiyat batareyası
Ehtiyat batareyası Thuraya SG-2510 telefonu üçün əlavə olaraq ucqar ərazilərdə ehtiyyat üçün istifadə edilə bilər. Ehtiyat batareyası, Thuraya SG-2510 telefonunun hər zaman istifadə üçün hazır olmasını təmin edir.
Heavy Duty Battery Ağır Batareya
Thuraya SG-2510 telefonunun daha uzun müddətə istifadəsi üçün nəzərdə tutulmuş cihazdır.
thuraya-usb-data-cable USB məlumat kabeli
USB məlumat kabeli, Thuraya telefonunu çox rahat şəkildə kompüterə bağlamaq üçün nəzərdə tutulub, onun vasitəsi ilə asan şəkildə məlumat və faks ötürüb, qəbul etmək, proqram təminatını yeniləmək və sairə kimi funksiaları yerinə yetirmək olar.
FDU-3500 Thuraya FDU-3500
Qapalı mühitlərdə Thuraya peyk telefonunun istifadəsi mümükün olan ev/ofis adaptorudur, bu adaptor eyni zamanda SO-2510 və SQ-2520 modelləri üçün də nəzərdə tutulub və onların dizaynını tamamlayır. Sadəcə telefonunuza taxın və səs, faks, data, GPS və GPRS kimi xidmətlərdən, xarici antenna üçün nəzərdə tutulmuş 25 metr kabel bağlantısı vasitəsilə istifadə edin. Telefon batareyası bu zaman elektrik ehtiyyatı yığmağa başlayır.
Repeater Thuraya Tək-Təkrarlayıcı
Thuraya Tək-Təkrarlayıcı sizə qapalı mühitlərdə ixtiyarı Thuraya peyk telefonundan istifadə etmək imkanı yaradan bir cihazdır. Bu cihaz maksimum siqnal gücünü təmin etmək üçün istifadə oluna bilər və xarici antena vasitəsi ilə 100 kvadrat metrə qədər ərazini əhatə edir. Quraşdırılması asan və rahat olan bu cihaz 60/15 kbps sürət ilə səs, data / faks, SMS və GPRS texnologiyalarını dəstəkləyir.
Thuraya Çox-Təkrarlayıcı
Thuraya Çox-Təkrarlayıcı cihazı eyni zamanda 10-na qədər sinxron zəngi və ya məlumat sessiyalarını emal edərək, idarə və maksimum siqnal gücü ilə təmin edir və xarici antena vasitəsi ilə 500 kvadrat metrə qədər ərazini əhatə edir. Quraşdırılması asan və rahat olan bu cihaz 60/15 kbps sürət ilə səs, data / faks, SMS və GPRS texnologiyalarını dəstəkləyir.

<< geriyə