THURAYA MARİNE

Thuraya Marine

Haqqında

Thuraya Marine, Thuraya-nın əhatə dairəsində səyahət edən dəniz gəmilərinin bütün növləri üçün yüksək perfomans, problemsiz peyk rabitəsi verir. Kritik zəng, ailə və ya dostlarla əlaqə saxlamaq üçün, Thuraya Marine sizi daim bağlantıda saxlayır.

Ehtiyac olduğu zaman rabitə çıxışı verən Thuraya Marine, hər hansı bir dəniz nöqtəsindən qabaqcıl texnologiyaların üstünlüklərindən istifadə edərək qoşulmaq imkanı verir. Keyfiyyət və performansı birləşdirərək, Thuraya Marine sərhədləri olmayan rabitə çözümüdür.

Vaxtında qərar qəbul etmək üçün və lazımi bütün məlumatı əldə etmək məqsədi ilə Asiya, Afrika, Orta və Şərqi Avropanın 140-dan artıq ölkələsini əhatə edən Thuraya peyk şəbəkə etibarlılığı və təhlükəsizliyi danılmazdır.

Yığcam Thuraya Marine terminalı kommunikasiya həlləri və proqram təminatının geniş imkanları vasitəsi ilə bütün növ gəmilərdə daim xəttə olmaq imkanı verir. Thuraya Marine vasitəsi ilə səs zənglərini qəbul etmək, data almaq və ötürmək, İnternetə qoşulmaq və ya sms, faks ve e-mail göndərmək mümkündür.

Thuraya Marine ilə siz özünüzü heç vaxt dənizdəki kimi hiss etməyəcəksiniz.

Xassələr

Kompakt yüngül və möhkəm
Thuraya Marine göyərtə avadanlığı yığcam və sərt dəniz şəraitində davamlı işləmək üçün nəzərdə tutulmuşdur. Möhkəmliyi IP66 standartlarına əsasən dizayn edilmişdir, mərkəzi terminal asanlıqla divar və masa üstünə quraşdırıla bilər.

Əlverişli
Thuraya Marine vasitəsi ilə rahat şəkildə siz ailə, dostlar və istədiyiniz yer ilə əlaqə saxlamaq imkanı əldə edirsiniz .

Göyərtədə İstifadəçi üçün rahat rabitə
Thuraya Marine çox rahat şəkildə, optimal data yükləyərək, İnternet və GmPRS- dən istifadə edərək, e-poçt imkanı ilə yanaşı, səs, faks və SMS funksiyalarının fəaliyyətini təmin edir. Thuraya Marine sizi daim əlaqədə saxlamaq üçün əsas terminal, omnidirectional antena ilə göyərtədə mobillik üçün dörd simsiz telefonu dəstəkləyir.

Fövqəladə hallar düyməsini
Thuraya Marine əvvəlcədən təyin olunmuş nömrə ilə, vahid bir kompleks olan Thuraya Regional Fövqəladə düyməsinin vasitəsi ilə sürətli şəkildə təcili əlaqəni yaradır.

Aksesuarlar

Wireless Handset Simsiz Telefon
Thuraya Dəniz terminalı bir simsiz telefon ilə təchiz olunub, lakin dörd belə telefonu dəstəkləmək imkanı var. Bir mərkəzi terminala bağlı bir neçə telefonu, heyyətin bir neçə üzvü arasında keyfiyyətli rabitənin yaradılması üçün istifadə etmək olar.

<< geriyə