TREYKİ
Kim İstifadə edə bilər?

Treyki həyatın hər sahəsində
Treyki cihazının xüsusiyyətləri: Uşaqlar, yaşlılar, xəstələr və  məhdud fiziki imkalara malik şəxslər kimi, köməyə ehtiyac olan insanların təhlükəsizliyini təmin edən Mini Nəzarət Sistemidir. Treyki eyni zamanda, ev heyvanlarına, qiymətli əşyalara, çanta və obyeklərə nəzarət, təhlükəli idman növlərində, axtarış və can qurtarma əməliyyatlarında istifadəsi mümkün olan xüsusiyyətlərə malik olan cihazdır.
 
Treykinin əsas xüsusiyyətləri

+ GPS Mini Nəzarət Cihazı.
+ Yüngül və Kiçik Həcimdə: 55 qr və 66x38x19 mm.
+ GSM /SMS /GPRS xidmətləri.
+ Bütün istiqamətlərdən GPS siqnalı ala bilən və çox istiqamətli, həssas GPS antena.
+ Ərazi GSM əhatə dairəsi daxilindədirsə, bütün dünyada işləyir.
Dörd diapazonlu GSM 850/900/1800/1900/ MHz və GPRS 10-cu sinfi dəstəkləyir.
+ WEB üzərindən nəzarət və idarə etmə.
+ Mövqe bilgisi qeydə alınması.
+ Zamana, məsafəyə, bucaq dəyişməsinə və coğrafi bölgəyə görə periodik proqramlanma.
+ Həyəcan və Hadisə məlumatı.
-+ S.O.S (Fövqəladə Hall).
-+ Batareyanın Sönmə Siqnalı.
-+ Coğrafi Mövqeni Qoruma Siqnalı.
-+ Yüksək Sürət Siqnalı.
-+  Hərəkət/Dayanma Rejiminin Təyin olunması.
-+ GPS, GSM və Batareyanın vəziyyətini göstərmək üçün LED göstəriciləri.
+ Daxili dinamik və mikrofon.
+ Səsli zəg etmə/ qəbul etmə.
+ İki proqramlanma imkanı olan düymə.
+ USB vasitəsi ilə enerji yığma imkanı.
+ 72 saatlıq gözləmə müddəti.
+ 60 saatlıq işləmə müddəti ( Sabit mövqe və 15 dəqiqədən bir hesabat vermə ). (İşləmə müddəti sabit mövqe və hesabat vermə tezliyindən aslı olaraq dəyişə bilər.)
+ Masa üstü kompüter, cib kompüteri, Nokia telefonları, BlackBerry, iPhone və ya iPad üçün nəzrdə tutulmuş İnternet üzərindən Treyki cihazını monitorinq və xassələrini dəyişdirmək imkanı verən Proqram Təminatı
+ Cihazın daxili proqramının uzaqdan dəyişdirilmə imkanı (FOTA)


1- Batareya İndikatoru
Cihazın batareyasının gücünü göstərir
2- GSM İndikatoru
GSM əlaqəsinin olub və ya olmamasını göstərir
3- GPS İndikator
GPS əlaqəsinin olub və ya olmamasını göstərir
4- Düymə 1
Birbaşa təyin olunmuş nömrə ilə əlaqə qurmaq üçün proqramlanan düymə
5- Düymə 2
Birbaşa təyin olunmuş nömrə ilə əlaqə qurmaq üçün proqramlanan düymə
6- SOS
Təcili durum düyməsi
7- NO
Cihazı söndürmək və ya gələn zəngdən imtina
8- YES
Cihazı işə salmaq və ya gələn zəngə cavab vermək


<< geriyə