BÜTÜN DÜNYANI ƏHATƏ EDƏN İZLƏMƏ SİSTEMİ
09 MART, 2016
 
“Globtel Solutions” öz müştərilərinə artıq bütün dünya ərazisində avtomobilə nəzarət imkanı təklif edir. 

Bir il ərzində şirkət müxtəlif  beynəlxalq GSM və M2M operatorlarlar ilə danışıqlar aparıb və müxtəlif ölkələrdə testlər keçirtmişdir.

Sistemlər bizim proqramçılar tərəfindən inteqrasiya edilib. 

Müştərilər aşağı tarifləri ödəməklə avtomobilin yerin, sürətin, dayanma vaxtı və məsafə məlumatlarını istənilən zaman və istənilən yerdə görmə imkanı əldə edirlər. 

Telefon xərclərini azaltmaq üçün, bizim GPS avadanlıq və “iki tərəfli” sensor sayəsində müştərilər Azərbaycandan, Gürcüstandan kənarda olan sürücü ilə əlaqə yarada bilərlər. 
“Globtel Solutions Gürcüstan” (www.globtel.ge) dünya bazarına 2013-ci ildə daxil olmuşdur. Şirkət  “Globtel Solutions Azərbaycanın” törəmə şirkəti sayılır. 

GPS monitorinq sistemləri müasir biznesin idarə edilməsində mühüm rol oynayır. 
Avtoparkın idarə edilməsini rahat və komfortlu etmək istəyən və eyni zamanda insan, maliyyə resurslarını azaltmaq arzusunda olan şirkətlər bu tip sistemləri istifadə edir.

“Globtel Solutions” cihazlarını istifadə edərək, fiziki və hüquqi şəxslər real vaxtda öz nəqliyyat vasitələrindən tam məlumat ala bilərlər. 

Bizim avadanlıqlarımız kiçik ölçülü və heç bir əlavə avadanlıq və ya anten olmadan avtomobillərə quraşdırılır. Avadanlıq avtomobilin elektrik sisteminə heç bir təsir görsətmir. 
Siz veb sayt üzərindən kompüter vasitəsi ilə və ya mobil telefonlardan (İphone, Android, Blakberry) sistemə daxil ola bilərsiniz. Mobil telefonlarınıza proqram yükləyərək avtomobilinizin yerini təyin etmək və bütün vacib məlumatları əldə edə bilərsiniz.


<< geriyə