Telefon: (+994 12) 437 30 71
GlobTel Solutions MMC 2009-cu ildə Azərbaycanda tam yerli yatırımla yaradılmışdır.

HaqqımızdaGlobTel Solutions MMC 2009-cu ildə Azərbaycanda tam yerli yatırımla yaradılmışdır.

Globtel Solutions şirkəti Azərbaycan və Gürcüstan ərazisində bir sıra texnoloji həllər təqdim edir:

* GPS izləmə və monitorinq xidməti 

* Telematik və İoT həllər 

* Arvento avtonəqliyyat parkının idarəetmə sistemi 

* Thuraya peyk həlləri 

* Yahsat peyk interneti

GPS izləmə və monitorinq xidməti - Siz GPS izləmə xidmətindən istifadə edərək avtomobillərinizin və bütün növ nəqliyyat vasitələrinizin dəqiq izlənilməsini, yerləşdiyi ünvanını, hərəkət sürətini, yürüyüş məsafəsini (kilometrajını), yanacaq sərfiyyatını, qapılarının durumu haqqında məlumat, mühərrik yanacağı haqqında məlumat, təkərlərin təzyiqi haqqında məlumat və digər məlumatları onlayn şəkildə anında rahat və dəqiq əldə edə biləcəksiniz. Arvento Avtonəqliyyat Parkının İdarəetmə xidmətindən istifadə etməklə, vaxtınıza və maliyyənizə qənaət edəcəksiniz. 
 
Thuraya mobil peyk rabitə vasitələri - Sizə heç bir əlaqə növünün* olmadığı bir yerdə rahat telefonla danışmaq imkanı yaradır.
 
Yahnsat peyk İnterneti xidməti - Sizə heç bir əlaqə növünün* olmadığı bir yerdə rahat, sürətli və təhlükəsiz İnternetdən istifadə etmək imkanı yaradır.
 
* Heç bir əlaqə növünün olmadığı bir yerdə dedikdə - GSM şəbəkəsinin və yerli xəttlərin (fiber optik və digərləri) mövcud olmadığı bir yer nəzərdə tutulur, məsələn ucqar ərazilər, dəniz, dağlar, meşələr və uzaqda yerləşən yaşayış məntəqələri.
________________________________________
Məqsədimiz
Bizim məqsədimiz müasir texnoloji həllər və qüsursuz xidmət vasitəsi ilə qısa müddətdə müştərilərin tələblərini təmin etməkdir.

Missiyamız
Bizim missiya – sizin fəaliyyətiniz üçün müasir və aparıcı informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək arzu olunan şəraiti yaratmaq.