GPS izləmə sistemi - avtomobil və bütün növ nəqliyyat vasitələrinin izləmək və nəzarət etmək üçün istifadə olunan texnoloji vasitədir. GPS ABŞ tərəfindən yaradılıb və idarə olunan peyk sistemidir. Hər hansı bir obyektin yerinin dəqiq təyin olunması üçün istifadə olunur. Əsas məqsədi, GPS cihazı vasitəsi ilə dünyanın istənilən nöqtəsində obyektlərin hərəkət sürətinin təyin olunmasına imkan verən peyk sistemidir. GPS sistemi ilə bərabər Çin Xalq Respublikası tərəfindən idarə olunan analoji sistem - “BeiDou” adlanır, həmçinin Rusiya tərəfindən idarə və istifadə olunan analoji sistemdə mövcuddur, bu sistem “GLONASS” adlanır. Bu üç sistem bir yerdə GNSS (Global Navigation Satellite System) adlanır.
Muasir dünyada GPS-dən həm dövlət sektoru, həm də biznes sektoru geniş istifadə edir. Buna misal olaraq şirkətlərin öz avtomobillərinə, tikinti texnikasına və digər nəqliyyat vasitələrinə GPS cihazları quraşdıraraq, öz avtoparklarını tam nəzarətdə saxlamış olurlar. GPS izləmə sistemi dedikdə avtomobilin aşağıdakı parametrlərinə nəzarət etmək mümkündür:
1) yerləşdiyi dəqiq ünvana
2) avtomobilin sürətinə
3) avtomobilin kilometrajı (getdiyi məsafə)
4) sürücü davranışına
5) avtomobilin təhlükəsizliyinə
6) mühərrikin yağına
7) avtomobilin yanacaqına
8) təkərlərin təyziqinə
9) refrigerator tipli avtomobillərdə temperatura nəzarət və s.
GPS izləmə sistemi istifadə edən şirkətlər, ilk növbədə öz avtomobillərinin təhlükəsizliyini və sərf olunan yanacaq və digər resurslara qənaət etmiş olurlar. GlobTel şirkətinin araşdırmalarına görə, hər hansı bir təşkilat GPS cihazına xərclənən vəsaiti 2-3 ay ərzində etdiyi qənaət nəticəsində, geri qaytarmış olur. Qənaət dedikdə yanacaq sərfiyyatı və iş zamanı avtomobilin lazımsız istifadəsi nəzərdə tutulur. Statistikaya görə, hər ay şirkət avtomobilləri 25-30% qeyri iş məqsədləri ilə istifadə olunur.
Eyni zamanda GPS izləmə sistemi avtomobillərdə yanaşı, uşaqlar, yaşlılar üçündə istifadə oluna bilər. GPS cihazdan istifadə edərək siz uşağınızın nə zaman harda olduğunu dəqiq biləcəksiniz. Bunun üçün sadə və rahat olan, uşağın üzərində (çantasında) daşıya biləcək kiçik ölçüdə bir GPS cihaz olur və valideyn isə xüsusi GPS proqram vasitəsi ilə telefondan və ya istədiyi planşet, kompüter ilə xəritədə uşağın harda olduğunu dəqiq görür və beləliklə uşağın tam təhlükəsizliyi təmin olur.
GPS cihazı avtomobilə 10-15 dəqiqə ərzində quraşdırılır və quraşdırma bitdikdən dərhal sonra həmin avtomobili GPS proqramında izləmək olur. Quraşdırma/Montaj prosesi Globtel GPS şirkətinin xaricdə təhsil almış texniki mühəndisləri tərəfindən həyata keçirilir. GPS quraşdırma bitdikdən sonra GPS izləməyə tam zəmanət verilir.
GPS xidmətləri, avtomobil izləmə sistemi və müxtəlif növ telematik həlləri Azərbaycan Respublikası ərazisində 11 ildən artıqdır ki, GPS bazarının lideri olaraq, GlobTel şirkəti təqdim edir. Müxtəlif növ GPS izləmə cihazları, temperatur, yanacaq, təcili yardım, iki tərəfli danışıq və s. telematik sensorları GlobTel şirkətindən münasib şərtlərlə və uygun qiymətlərlə əldə etmək mümkündür. GlobTel şirkətinin təqdim etdiyi bütün növ GPS cihazlar Beynəlxalq Standartlara uyğundur və dünyada tanınmış GPS istehsalçıların məhsuludur. Bütün GPS cihazlar tam təminatlı və zəmanətlidir.
Yuxarıda sadalanan xidmətləri almaq üçün Azərbaycanda tək və rəsmi ünvan - GlobTel şirkətidir.
Ünvan : Qurban Xəlilov küç., 3, mərtəbə 2, Bakı, Azərbaycan, AZ1006.
E-mail : [email protected]
Telefon : (+99450) 2252425