Avtonəqliyyat parklarının vaxt aşırı təmiri və xidmət göstərilməsi üzrə izləmə sistemi - avtonəqliyyat parkı icarəyə götürmüş şirkətlərin nəqliyyat vasitələrini izləmək, nəzarət etmək və telematik xidmətlər vermək imkanı ilə təmin edir. Sistemə görə, nəqliyyat vasitələrinin vaxt aşırı təmiri və xidmət göstərilməsi prosesləri nəzarət altında saxlanılır və qeyd edilir, unutqanlıq və ya laqeydlik üzündən meydana çıxan artıq xərclər aradan qaldırılır. Şirkətlər bu sistem vasitəsi ilə öz avtoparklarını səmərəli şəkildə və tamami ilə idarə edə bilərlər.
• Kirayəyə götürülmüş nəqliyyat vasitələri haqqında bütün məlumat sistemdə qeyd edilir. Bununla nəqliyyat vasitələrinin vaxt aşırı təmiri və xidmət göstərilməsi prosesləri nəzarət altında saxlanılır və onlar tamami ilə qeydə alınır. Nəqliyyat vasitəsinin km. göstəricisindən əldə edilən məlumat vasitəsi ilə nəqliyyat vasitələrinin təmir vaxtları avtomatik olaraq xatırladılır.
• Nəqliyyat vasitəsindən pis istifadə statistikası, məsələn təkərləri sürüşdürmə, ani sürət artımı, azaltma və s. haqqında hesabat aparılır və xidmət zamanı icra edilən bütün proseslərin və bütün əvəz edilmiş hissələrin hesabatı xərci ilə birlikdə məruzə edilir.
• Nəqliyyat vasitəsinin sığortası haqqında məlumat və nəqliyyat vasitəsi sığortasının bitmə tarixləri də sistemdə qeyd edilir. Sistem avtomatik olaraq sığortanın bitmə tarixindən əvvəl istifadəçilərə xatırlatma məktubu göndərir.
Avtonəqliyyat parklarının vaxt aşırı təmiri və xidmət göstərilməsi üzrə izləmə sistemi ilə birlikdə, şirkətlər avtonəqliyyat parklarını idarə və qeyd etməklə onları onlayn şəkildə vahid mərkəzdən idarə edir. Sistemə görə, nəqliyyat vasitəsinə çəkilən xərclərə, yanacaq, vaxt və əməyə qənaət edilməsi üzrə əhəmiyyətli dərəcədə azalmalar nəzərdə tutulur.