GlobTel Solutions şirkəti qabaqcıl GPS və Telematik həllər provayderidir.
Temperatura Nəzarət və Yoxlama Sistemi
“Temperatura Nəzarət və Yoxlama Sistemi” - nəmişliyə və temperatura nəzarətin zəruri olduğu bütün sektorlar üçün Arvento tərəfindən işlənib hazırlanmışdır və Globtel GPS tərəfindən Azərbaycanda geniş tədbiq olunur. Sistem sayəsində, şirkətlər soyuducu nəqliyyat vasitələrinin (refrijerator), soyuducu anbarlar və istehsal qurğularının temperaturunu (hərarətini və nəmlik dərəcəsini) internet vasitəsi ilə dərhal yoxlaya bilərlər. Sistem şirkətlərə vahid mərkəzdən bütün işlərini idarə etmək imkanını verir.
GPS sistemi vasitəsi ilə temperatura və nəmlik dərəcəsinə nəzarət
Soyuducu nəqliyyat vasitələrində (refrijerator), soyuducu anbarlarda və istehsal qurğularında yerləşdirilmiş xüsusi GPS cihazlar və sensorların köməyi ilə həmin ərazilərdəki temperatur səviyyəsini onlayn rejimdə Globtel GPS sistemi vasitəsi ilə dərhal izləmək olar.
Cari və Retrospektiv Hesabat
Potensial kritik temperatur dəyişiklikləri həm proqram, həm də SMS vasitəsi ilə həyəcan siqnalı məktubu formasında sistemdə qeyd edilən əlaqəli şəxsə dərhal göndərilir. Proqramın bu xüsusiyyəti təsadüfi və kritik temperatur dəyişmələri nəticəsində meydana çıxan problemlər üçün zəruri ehtiyat tədbirlərinin görülməsini təmin edir.
Bu məlumat cari və retrospektiv hesabatlar şəklində qəbul edilir.
İşin məhsuldarlığı haqqında real məlumatı gündəlik və ya aylıq hesabat vasitəsi ilə əldə etmək olar. Bu hesabatlar soyuducu nəqliyyat vasitəsi (refrijerator), soyuducu anbar və istehsal qurğularının iş sistemi ilə bağlı ətraflı statistik məlumatlar əsasında formalaşır.
Vahid mərkəzdən əməliyyatların idarə olunması
Sistem, soyuducu nəqliyyat vasitələrinin (refrijerator) müəyyən edilmiş təchizat marşrutlarına riayət etməsinə, ünvana vaxtında çatıb-çatmadığını, hər bir nəqliyyat vasitəsinin sürücüsü, sistemdə müəyyən edilmiş sürət limitlərinə tabe olub-olmadığı, gözləmə müddəti və ərazisi, həmçinin temperatur rejiminin yoxlanılması haqqında əməliyyat məlumatının toplanmasına imkan yaradır.
Bu sistemdən kim istifadə edə bilər?
Temperatura nəzarət üçün istifadə olunan GPS sistemi - temperatura nəzarət və idarə edilməsinin zəruri olduğu bütün sektorlar üçün müvafiqdir. Xüsusi ilə dondurma, süd, quşçuluq məhsulları, yumurta, yeyinti məhsulları, şirniyyat və qənnadı məhsulları və s. istehsal edən və paylayan şirkətlər “Temperatura Nəzarət və Yoxlama Sistemin” dən istifadə edə bilər.