Telefon: (+994 12) 437 30 71
GPS izləmə

GPS izləmə

GlobTel Solutions şirkəti Azərbaycanda GPS avtomobil izləmə / monitorinq və telematika xidmətlərini təqdim edir. 
 

Xidməti avtomobillərdə GPS nəzarət və izləmə sistemi istifadə edən şirkətlər üçün Arvento tərəfindən işlənib hazırlanan təkmilləşmiş (qabaqcıl) GPS izləmə texnoloji sistemini Globtel GPS təqdim edir. Xidməti avtomobillərdə quraşdırılmış GPS cihazı vasitəsi ilə xidmət saatı ərzində bütün nəqliyyat vasitələrinin hərəkətini izləmək və nəzarət etmək mümkündür. Globtel GPS şirkətinin xidmətlərinə qoşulan istifadəçilər (təşkilat və şirkətlər) internetə qoşulduqda xidməti avtomobillərini izləmək imkanı əldə edə bilər.

İnternet vasitəsi ilə real vaxt rejimində izləmə
GPS izləmə sistemi vasitəsi ilə, məsələn avtomobillərin çıxış vaxtları, sərnişinlərin götürülmə vaxtları və yerləşdiyi ərazi, iş-məktəb-evə gəlmə vaxtları, dayanacaq yerləri və müddəti haqqında məlumata dərhal baxmaq olar.
Globtel GPS sisteminin qeydiyyatlı istifadəçiləri rəqəmsal peyk xəritələri vasitəsi ilə ətraflı şəkildə xidməti avtomobillərini izləyə bilərlər. Hər bir Globtel GPS istifadəçisinə fərdi İstifadəçi adı və Şifrə təqdim olunur və bu Şifrə ilə GPS sisteminə daxil olub özünə məxsus avtomobillərin yerləşdiyi ünvanı, sürətini, kilometrajını, yanacaq sərfiyyatını və digər məlumatları əldə etmiş olur.

Sürət həddinə bilavasitə nəzarət
Nəqliyyat vasitəsi əvvəlcədən təqdim edilmiş sürət limitini keçdikdə, Globtel GPS sistemi  avtomatik olaraq əlaqədar şəxslərə təhlükə siqnalı göndərir. Bu yolla, sürücü dərhal məlumatlandırılır.
Həmçinin, şirkət meneceri tərəfindən ən qısa və daha dəqiq yol əvvəlcədən seçilərək, xidməti nəqliyyat vasitələrinin optimal marşrutları təyin edilə bilər. Əgər avtomobil əvvəlcədən təyin edilmiş marşrutdan çıxarsa sistem avtomatik olaraq şirkət menecerinə e-mail, sms və ya push notification (xəbərdarlıq) göndərilir. 


Təhlükəsiz və səmərəli nəqliyyat xidməti
İnsan həyatının təhlükəsizliyini təmin etməklə yanaşı, Globtel GPS xidməti həmdə şirkət sürücülərinin sürücü davranışını (etikasını) qiymətləndirmək imkanını verir.

Bu sistemdən kim istifadə edə bilər?
Özəl və dövlət müəssisələri, yük daşıma, tikinti, çatdırılma, poçt, bütün məktəblər və xidmət sektorunda olan şirkətlər bir sözlə avtomobili və ya avtoparkı olan ixtiyari təşkilat Globtel GPS sistemdən istifadə edib, faydalana bilər.

 

GPS Baku

GPS Azerbaijan