GlobTel Solutions şirkəti Azərbaycanın qabaqcıl GPS izləmə və Telematik həllər provayderidir.
İctimai avtobus və yerli ictimai nəqliyyat vasitələrinin idarə olunması
Arvento tərəfindən işlənib hazırlanan və Globtel GPS tərəfindən tətbiq edilən sistemə görə; ictimai nəqliyyat vasitələrinin gündəlik hərəkəti, məntəqələrə giriş-çıxış vaxtları internet vasitəsi ilə izlənilir və idarə olunur. Sistem ictimai nəqliyyat xidmətinin keyfiyyətini artırır və yerli tıxac gərginliyini azaldır.
Sistem necə işləyir?
• Yerli miqyasda işləyən nəqliyyat vasitələrinin sayı, bu nəqliyyat vasitələrinin marşrutları, marşrut boyunca dayanacaqların sayı, məntəqələrə giriş-çıxış vaxtları, gündəlik icra edilmiş dövrələrin sayı sistem tərəfindən müəyyənləşdirilir. Həmin müəyyən edilmiş məlumatdan başqa, istifadəçiyə təyin edilmiş vaxt və nəqliyyat vasitəsinin ardıcıllıq sxemləri tərtib edilir. Bu məlumata görə, nəqliyyat vasitəsinin bütün hərəkəti GPS vasitəsi ilə onlayn izlənə bilər.
• Hər bir nəqliyyat vasitəsinin məntəqəyə giriş-çıxış və ləngimə vaxtları haqqında hər gün GPS sistemi məlumat verilir. Tələb olunduğu təqdirdə, hər günün sonunda bütün nəqliyyat vasitələri daxil olmaqla, yekun hesabat almaq mümkündür. Bu hesabatlara əsasən, müəyyən edilmiş sxemlərə tabe olmayan nəqliyyat vasitələri asanlıqla təyin edilə, zəruri dəyişiklik və düzəlişlər edilə bilər.
İctimai avtobuslar və yerli ictimai nəqliyyat vasitələrinin idarəetmə sisteminin tətbiqi səmərəli və faydalı bir xidmət olaraq nəqliyyatçılara təqdim olunur.