Peyk üzərindən Broadband
YahClick Yaxın Şərq, Afrika və Cənub Qərbi Asiyanın istehlak və müəssisə bazarlarını səmərəli, yüksək sürətli, genişzolaqlı və etibarlı peyk xidmətləri ilə təmin edəcək bir texnologiyadır. YahClick-in əsas missiyası fərdi istifadəçilərin və ümumi bazarın tələbatına uyğun müxtəlif növlü servis paketləri ilə təmin etməkdir.
YahClick spektr səmərəliyini artırmaq üçün yenidən istifadə oluna bilən tezliklərlə Y1B Peyki vasitəsi ilə yayimlanır. Y1B regionda Ka-band multi-spot yayımı ilə İnternet bağlantısı təklif edən ilk peykdir. Multi-spot yayım texnologiyası yerdə daha çox effektivlik deməkdir.
YahClick hər bir ölkəyə onun özünəməxsus tələblərini dərk edən aparıcı xidməti şəriklərlə əməkdaşlıq qurmuşdur. Beləliklə, etibarlı internet tələbatı artan regionlar sürətli və səmərəli rabitə ilə təmin olunacaqdır.
Əhatə dairəsi
YahClick, Yahsatın ikinci peyki olan - 24 Aprel 2012 ci ildə orbitə uğurla buraxılmış - Y1B peykindən reallaşır. YahClick xüsusi ərazilər üzrə 28 ölkədə və eyni zamanda Şimal Qərbi Asiya, Afrika və Yaxın Şərq regionlarında mövcud olacaq: Əfqanıstan, Anqola, Gürcüstan, Azərbaycan, Bəhreyn, Kipr, Misir, İran, İraq, İordaniya, Kenya, Küveyt, Livan, Nigeriya, Oman, Fələstin, Pakistan, Qatar, Səudiyyə Ərəbistan, Şimali Afrika, Sudan, Şimali Sudan, Suriya, Tanzaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Uqanda.