GlobTel Solutions şirkəti Azərbaycanda və Gürcüstanda, GPS xidmətini və müxtəlif növ kompleks Telematik həllər təklif edir.
Təhlükəsiz yol hərəkətinə nəzarət sistemi - təhlükəsiz yol hərəkətinin təşkili və idarə olunması həllərini təqdim edir. Avtoparklarını idarə etmək istəyən şirkətlər Globtel GPS sistemi sayəsində vahid mərkəzdən onlayn idarəetməni həyata keçirə bilər.
• Nəqliyyat vasitələrinin sürət limitləri, sürücü davranışı haqqında məlumat, optimal yollar və qısa marşrutlar sistem tərəfindən müəyyən edilir. Gündəlik avtomobil təmiri və nəzarət sxemləri Globtel GPS tərəfindən işlənib hazırlanıb və istifadəçilərə təqdim olunur. Beləliklə, avtoparka aid olan bütün əməliyyat bölmələri nəzarət edilərək Globtel GPS sistemi tərəfindən idarə olunur.
• Məsələn, magistral yollarda, şəhər və şəhərdən kənar yollarda, müxtəlif həddlərdə olan sürət limitləri sistem tərəfindən müəyyən edilə bilər. Sürücü müəyyən edilmiş sürət limitini keçdikdə, nəqliyyat vasitəsi daxilində yerləşdirilmiş xüsusi GPS cihaz sayəsində dispetçer mərkəzinə xəbərdarlıq (alarm) göndərilir. Sürət müəyyən edilmiş limitdən aşağı düşənədək səsli xəbərdarlıq işləməyə davam edir.
• Sistemdə hər bir sürücü üçün xüsusi “sürücü vəsiqəsi” vardır. Vəsiqə sürücünün cavabdeh olduğu nəqliyyat vasitəsinin dövlət nişan nömrəsi və digər parametrləri qeyd olunur.
• Sürücü nəqliyyat vasitəsi üçün sistemdə müəyyən edilmiş ərazidən (Geozona) və zaman müddətindən kənara çıxarsa, dispetçer mərkəzi və ya rəhbərlik həmin məsələ barədə xəbərdarlıq məktubu, SMS və ya Alarm şəklində məlumatlandırılır.
• Şirkət daxilində sürücülük və nəqliyyat təlimlərini başa vurmuş və sertifikat almış sürücülər nəqliyyat vasitələrini sürə bilərlər. Hər hansı nəqliyyat vasitəsi bu təlim müddətini bitirməmiş sürücü tərəfindən idarə edildiyi təqdirdə, sistem tərəfindən rəhbərlərə xəbərdarlıq göndərilir.
• Sürücü haqqında ətraflı məlumat, yol qaydaları pozuntuları, gündəlik avtomobil təmiri və nəzarət cədvəlləri əvvəlcədən tərtib edilə bilər və ya mövcud şablonlardan istifadə oluna bilər. Bu məlumatlar avtomatik olaraq elektron məktub vasitəsi ilə rəhbər və dispetçer mərkəzinə göndərilir.
Təhlükəsiz yol hərəkətinə nəzarət sistemi ixtiyari avtopark üçün səmərəli idarəetmə həllərini təqdim edir. Sistem yanacaq (benzin, dizel), vaxt və əməyə qənaət edir və digər tərəfdən təhlükəsiz sürücülük üsulları ilə birlikdə nəqliyyat və insan həyatı təhlükəsizliyi ilə bağlı zəruri vaxt idarəetməsini həyata keçirir.
“Sağlam düşüncəli sürücülər, təhlükəsiz yol hərəkəti, səmərəli və qənaətli idarəetmə”.
Hər hansı bir bədbəxt hadisə baş verdikdə, Globtel GPS sistemi bədbəxt hadisənin son dəqiqələrinə qədər sürət və vaxt qrafiki haqqında məlumat verilə bilər.
Nəqliyyat vasitələrinin sığortası, avtomobil sığortalarının bitmə tarixləri, yoxlama tarixləri və s. haqqında məlumatlar hər bir nəqliyyat vasitəsi üçün sistemə daxil edildikdən sonra emal olunur. Daha sonra isə Globtel GPS sistemi bildiriş vasitələri ilə əvvəlcədən müəyyən müddət ərzində xəbərdarlıq etməyə başlayır. Globtel GPS sistemi, müştərilərin avtoparkı ilə bağlı heç bir məqamı unutmaya imkan vermir.