Mövcud vəziyyət bügünkü dövrdə online texnologiyaların daha böyük əhəmiyyətliliyini və lazımlılığını göstərdi. Və müasir tarixin hazırkı mərhələsini – mübaliğəsiz olaraq online texnologiyalar dövrü adlandırmaq olar ki, bu da öz növbəsində ölkənin aparıcı IoT (Internet of Things – Əşyaların İnterneti) provayderi Globtel Solutions tərəfindən təklif olunan xidmətinin əsasını təşkil edir. Şirkətin fəaliyyəti barədə daha ətraflı aşağıdakı materialda geniş təsvir edilib.
Globtel Solutions şirkəti hər birimizin illərdir bildiyi və lazım olduqda hər gün istifadəsinə vərdiş etdiyimiz GPS (Global Positioning System) monitorinqə baxışı dəyişdi. Biznesin bu sahəsinə peşəkar yanaşması və yüksək ixtisaslı kadrları ilə Globtel Solution şirkəti GPS provayderindən telematika (uzaqdan ölçmə prosesi) sahəsində hərtərəfli GPS həlləri təklif edən Azərbaycanın aparıcı IoT provayderinə çevrildi.
GPS sistemi məsafənin, vaxtın, yanacaq sərfiyyatının ölçülməsini təmin edir və peyk sistemi sayəsində bu və ya digər obyektin yerini və sürətini təyin edir. Bu sistem haqqında danışarkən qeyd etmək lazımdır ki, GPS monitorinq – nəqliyyat vasitələrinin, habelə digər obyektlərin: insanlar, avadanlıqlar, yüklərin yerinə və vəziyyətinə nəzarət etmək üçün universal və rahat proqram təminatı kompleksidir. Onun əsas vəzifəsi – yükdaşıma və ümumiyyətlə nəqliyyatla əlaqəli işi optimallaşdırmaqdır.
Globtel Solutions şirkəti tərəfindən təqdim onlunan GPS monitorinq, IoT xidmətlər, habelə avtopark idarəetmə sistemlərinin (Fleet Management Services – FMS) tətbiqinə müasir yanaşma hər bir müştəriyə tam online xidmət prinsipidir.
Xüsusilə qeyd edək ki, Globtel Solutions şirkəti tərəfindən – alqı-satqı prosesindən tutmuş, quraşdırma ilə bağlı müqavilənin bağlanması və ödənişə qədər GPS monitirq xidmətlərin tam spektri tamamilə online rejimdə həyata keçirilir.
Bu, yalnız dəyərli vaxtınıza qənaət etməklə yanaşı, pandemiyada çox vacib amil hesab edilən – evdən çıxmamaq və insanlarla təmas etməmək qaydalarına tam uyğundur.