Azərbaycan Texniki Universitetində (AzTU) 14 oktyabr “Ümumdünya Standartlar” gününə həsr olunmuş Respublika elmi-praktik seminarı keçirilib.
Seminarda iştirak edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev “Ümumdünya Standartlar” günü münasibətilə qonaqları, professor-müəllim heyətini və tələbələri təbrik edərək, standartların insan həyatındakı müstəsna rolundan söz açıb.
Tədbirdə professor E.İsgəndərzadə (AzTU), professor Z.Aslanov (UNEC), dosent L.Bəkirova (ADNSU), dosent E.Rəhimov (“Globtel Solutions” şirkətinin baş direktoru), T.Əsgərov (“Azesert” MMC), və magistrantlar- “Ümumdünya Standartlar” gününə həsr olunmuş elmi məruzələrlə çıxış ediblər.
Sonra AzTU ilə “Globtel solutions” şirkəti arasında universitet-biznes əməkdaşlığı haqqında anlaşma memorandumu imzalanmışdır.