SENSOR VƏ ƏLAVƏ HİSSƏLƏR, YARDIMÇI SENSORLAR VƏ MODULLAR

Standart sistemə əlavə olaraq, qurğunun daxilinə datçik və əlavə hissələr quraşdırmaqla nəqliyyat vasitəsindən daha ətraflı məlumat qəbul etmək olar.

Məsələn:

  • Nəqliyyat vasitəsi daxilindəki temperatur səviyyəsinə nəzarət etmək olar.
  • Fövqəladə hallarda nəqliyyat vasitələri mərkəzə xəbərdarlıq mesajı göndərə bilər.
  • Avtomobilin qapısı açıq və ya bağlı olarsa, tez bir zamanda məlumat göndərilə bilər.
  • Əsassız olaraq, nəqliyyat vasitəsinə müxtəlif kənar müdaxilələr ola bilər.
  • Hər bir nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat əldə etmək olar.
  • Nəqliyyat vasitəsi ilə səsli və yazılı danışıq aparmaq olar.

LCD Mesajlaşma və Naviqasiya Cihazı

 

LCD ekran vasitəsi ilə mərkəz və avtomobil arasında iki tərəfli mesajlaşma yaradıla və Sistemdən Naviqasiya məqsədi ilə istifadə oluna bilər.

Sürücü Tanıma Cihazı

 

Bu cihaz vasitəsi ilə hansı avtomobilin, hansı sürücü tərəfindən və nə qədər vaxtda istifadə olunduğunu təyin etmək olar. Sürücülər - avtomobilə mindikdə üzərində foto şəkil və şirkətin loqosu olan xüsusi kartı bu cihazın içərisinə daxil edirlər.

Təcili Yardım Pedalı

 

Avtomobilin daxilinə yerləşdirilən bu cihaz vasitəsi ilə sürücü, gözlənilməyən vəziyyətlə qarşılaşdıqda, bu pedala basaraq mərkəzə və əlaqədar şəxslərin mobil telefonlarına həyəcan siqnalı göndərə bilər.

İstilik Sensoru

 

İstilik sensoru vasitəsi ilə sensorun yerləşdirildiyi yerdə istilik haqqında məlumat nizamlı şəkildə xəbər verilir. İstilik dərəcəsi təyin olunmuş dərəcədən aşağı düşdükdə və ya yuxarı qalxdıqda mərkəzə həyəcan siqnalı göndərilir.

Dinləmə Cihazı

 

Maşına yerləşdirilən mikrofon vasitəsi ilə istənilən vaxt maşının salonu dinlənilə bilər.

Audio Səsli Danışıq Cihazı

 

Audio Səsli danışıq cihazı vasitəsi ilə Avtomobildə iki tərəfli səsli danışıq aparıla bilər. Sürücüyə telefon vasitəsi ilə zəng edilə bilər və qurğu, sürücünün sadəcə bir nömrəyə zəng edə biləcəyi şəkildə nizamlanır.

Qapı Sensoru

 

Qapılara yerləşdirilən sensor vasitəsi ilə qapıların harada və nə zaman açılıb bağlandığına nəzarət etmək olar. Qapı açılıb-bağlanan zaman mərkəzə siqnal göndərilir.

Anbar Qapağı Sensoru

 

Yanacaq anbarlarının qapılarına yerləşdirilən bu cihaz vasitəsilə anbar qapağının nə vaxt açılıb bağlandığına nəzarət etmək olar. Yanacağın oğurlanmasına nəzarət etmək üçün, anbar qapağı açılan zaman mərkəzə siqnal göndərilir.

Zərbə Sensoru

 

Zərbə sensoru vasitəsi ilə maşın qəza törətdiyi zaman, qəza yeri avtomatik olaraq təyin olunur.



<< geriyə