THURAYA IP

Thuraya IP

Haqqında

Thuraya IP, dizayn və performansın yeni bir nəslidir. Bu ultra yüngül və yığcam peyk modemi, 444 kbps sürəti ilə təmin edə biləcək, dünyanın kiçik və ən davamlı modemidir.

E-poçt göndərmə, qəbul etmə imkanı və dünyanın istənilən nöqtəsində sizi, korporativ şəbəkə girişi ilə təmin edir. Portativ, sürətli və istifadədə rahat Thuraya IP sizin yaşam və işləmək tərzinizi dəyişdirmək qabiliyyətinə malik, güclü peyk IP modemidir.

Ən yüksək sürətli geniş zolaqlı kanallar vasitəsi ilə informasiya mübadiləsi aparmaq üçün hazırlanan Thuraya IP modemi, axın sürəti 384 kbps dəstəkləyən ilk mobil peyk həlli kimi tanınır. Bu rahat və "Hər zaman xəttə" prinsipi ilə işləyən terminal Asiya, Avstraliya, Afrika, Orta və Şərqi Avropada 140-dan artıq ölkəni əhatə etməklə ən ucqar rayonlarda belə məlumatları etibarlı şəkildə ötürülməsini və qəbul edilməsini təmin edir.

TCP Accelerator proqram təminatı Sizin ötürəcəyiniz və ya qəbul edəcəyiniz məlumatları yeni Thuraya IP Upgrade köməyi ilə daha sabit və optimal şəkildə həyata keçirmək olar. TCP Accelerator, IP ötürücü qurğunun geniş zolaqlı maqistrallarda buraxma qabiliyyətini 80%-ə qədər artırmaq imkanına malikdir.

Xassələr

Kompakt və yüngül
Thuraya IP modemi A5-ölçülü, kiçik və mobil peyk geniş zolaqlı IP modemidir, Çəkisi yalnız 1.3 kq-dır.

Davamlılıq
Thuraya IP modemi olduqca davamlıdır və IP55 standartları ilə təchiz olunması ən vacib funksiyalarından biridir.

Yüklənməmiş şəbəkə
Silahlı münaqişə, təbii fəlakət zonalarında və ya fövqəladə hallar zamanı, həddindən artıq yüklənmiş şəbəkələrdə artıq yüklənməni təyin edib, Thuraya IP rabitə trafikinin düzgün idarə olunması üçün, bizim peyk şəbəkəsinin dinamik mənbə-paylanması funksiyasından istifadə edir.

Tez ve Etibarlı bağlantı
Thuraya IP modemini istifadə etdikdə standart IP xidmətini ya 16 kbps-dən 384 kbps-yə sürət aralığında və yaxud 444 kbps sürəti ilə stabil olaraq təmin edir. Belə olan halda video konfranslar keçirmək imkanı da mümkündür.

Maliyyət
Thuraya IP modemi, asimmetrik axını təmin edir və sizə hər iki istiqamətdə yükləmələri idarə etmək imkanı verir. Bu da zolağın artıq istifadəsini azaldır və eyni qaydada xərcləri də minimum səviyyəyə endirir.

İstifadədə asan bağlantı
Thuraya IP’s web-based graphic user interface is accessible via a standard web browser and is extremely easy to use. Simply connect the IP modem to your PC via Ethernet or WLAN and you are ready to access the internet.

Aksesuarlar

Thuraya IP Car Charger Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu
Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu hərəkət zamanı Thuraya IP modeminin fasiləsiz işləməsini təmin edir. Avtomobil üçün enerji ehtiyyatı toplayan qurğu sadəcə avtomobilin standart elektrik cihazı taxılan hissəsinə və ya siqaret alışqanı taxıldığı yerə keçirilir.
Thuraya IP Travel Charger Səyahət üçün enerji ehtiyyatı toplayan qurğu
Thuraya IP modemi üçün nəzərdə tutulmuş səyahətdə enerji ehtiyyatı toplayan qurğu, AB / Böyük Britaniya / Çin standartlarına uyğun olan elektrikə taxılan sadə cihazdır. Thuraya IP modemi enerji ehtiyyatı toplamaq üçün fərq etməz gözləmə, zəng zamanı və ya sönülü vəziyyətdə elektrik enerjisinə taxmaq olar. Thuraya IP modeminin batareyasının tam boşalma müddəti təxminən 2 saat 25 dəqiqədir. Müxtəlif standartlara uyğun olan enerji ehtiyyatı toplayan cihaz, dünyanın hər bir yerində Thuraya telefonunu doldurmağa imkan verir.
Xarici antenalar
Thuraya tələblərinizə uyğun olaraq bir sıra müxtəlif antenalar təqdim edir. Verilənlərin axın sürəti 384 kbps dəstəkləyir. Eyni zamanda bizim antenalarımız, sizə quruda və ya dənizdə mümkün olan ən yaxşı peyk siqnalını qəbul etmək imkanı yaradır.
SCAN-Active-Antenna SCAN Active antenası
Scan Active Antenası, Standard IP və Streaming IP icrası zamanı sizin Thuraya IP modeminiz üçün ən yüksək sürəti təmin edir. Bu portativ antenna asanlıqla Standard IP rejiminin işləmə qabiliyyətini yaxşılaşdırmaqla bərabər, Streaming IP rejimində 384 kbps sürətini təmin edir. Bu əlavə batareya ilə təchiz olunmuş qurğu, asanlıqla Thuraya IP terminalından 30m aralı məsafədə isitifadə oluna bilər. Antena media sahəsində çalışanlar üçündə lazımi alətdir.Çünki, verilənlərlə bərabər, görüntünün ötürülməsi də mümkündür.
Thuraya IP Universal Adapter Universal Səyahət Adaptoru
Thuraya universal səyahət adaptoru Böyük Britaniya və Avropa ölkələrində rahat bir şəkildə Thuraya IP modemini elektrikə qoşmaq üçün bir vasitədir.
Thuraya IP Battery Batareya
Thuraya IP batareya paketi, elektrik ilə təchiz olunmamış yerlərdə Thuraya IP modemini istifadə etmək imkanı verir. Təkrar doldurula bilən Lithium-ion batareyası, ən uzun müddətli gözləmə zamanına malikdir. Davamlı istifadə zamanı 1 saat və gözləmə rejimində 36 saat bağlantını təmin edir. Eyni zamanda bir Thuraya IP modemi üçün bir neçə əlavə batareyada istifadə etmək mümkündür.

<< geriyə